Press "Enter" to skip to content

Həssas qruplarla bağlı yeni sosial dəstək layihələri

Son yeniləmə: 14 May 2022 08:25

Bayraqdar.info – Əhalinin həssas qrupları ilə bağlı sosial müdafiə tədbirləri ildən-ilə gücləndirilir. Bununla yanaşı, hazırda yeni sosial dəstək istiqamətlərini nəzərdə tutan layihələr də hazırlanır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, nazir Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramına uyğun olaraq, həssas qrupların sosial təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımlar atıldığını vurğulayıb: “Nazir eyni zamanda, həssas qruplarla, habelə şəhid ailələri ilə bağlı sosial dəstək mexanizmlərinin yeni istiqamətlər də əlavə olunmaqla daha da genişləndirilməsinin hədəflərdən olduğunu bildirib”.

Məlumata görə, iclasda bu məqsədlə hazırlanmaqda olan layihələrdən bəhs olunub: “Həmin layihələrin şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramlarına cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili, onların yeni bilik və bacarıqlara yiyələnməsi, “Məzun evi” sosial xidmət müəssisəsində yaşayanların cəmiyyətə çevik inteqrasiyası, onların şəxsi inkişaflarına dəstək göstərilməsi məqsədinə xidmət edəcəyi bildirilib. Habelə ahıl və əlilliyi olan şəxslərə keyfiyyətli xidmət göstərən ixtisaslı kadr potensialının gücləndirilməsi, informal və qeyri-formal üsullarla bacarıq, səriştələr əldə etmiş əlilliyi olan şəxslərin ilkin mərhələdə bir qrupunun bacarıqlarının tanınması və bununla məşğulluq imkanlarının artırılması üçün layihələr hazırlanmaqda olduğu diqqətə çatdırılıb”.

Mission News Theme by Compete Themes.