Press "Enter" to skip to content

DOST Agentliyinin beynəlxalq uğurları

Son yeniləmə: 14 May 2022 08:35

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi 2022-ci ildə bır sıra beynəlxalq uğur qazanıb.

Bunu mayın 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasındakı çıxışında nazir Sahil Babayev deyib.

Nazir Agentliyin bu il Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 3 mükafatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) mükafatı ilə təltif edildiyi bildirib.

ƏƏSMN-dən bayraqdar.info-ya verilən məlumata görə, çıxışda həmçinin Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun “iESE – The Public Sector Transformation” Təşkilatının (Böyük Britaniya), BPSFA-nın və BSTA-nın mükafatlatı ilə təltif edildiyi, ümumilikdə 2022-ci ilin ötən dövründə Nazirliyin hər iki qurumunun 8 beynəlxalq mükafatla təltif edildiyi vurğulanıb: “Nazir çıxışında “DOST Agentliyinin bu il dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görüldüyü vurğulaylb. Ötən il və cari ilin birinci rübü ərzində Nazirliyin fəaliyyət sahələri üzrə ümumən 12 İSO beynəlxalq sertifikatının əldə edildiyi diqqətə çatdırılıb”.

Məlumata əsasən eyni zamanda bu il Bakı şəhəri üzrə 5 saylı Bakı DOST Mərkəzinin, Şuşa şəhərində Şuşa DOST filialının açılmasının, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsinin fəaliyyətə başlamasının planlaşdırıldığı qeyd olunub.

Bundan başqa “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti barədə məlumat verilib: “Artıq 200-ə yaxın şəxsin Mərkəzdə təlimlərə cəlb edildiyi, 20 nəfərin artıq təlimləri başa çatdırdığı qeyd olunub. Cari ilin ilk rübündə daha 2400 işsiz şəxsin DOST İş Mərkəzi tərəfindən ödənişli ictimai işlər proqramına cəlb edildiyi, 5 qurumla yeni layihələrə başlanaraq həmin layihələr əsasında işsiz şəxslərin müvafiq sahələr üzrə işlə təmin edildikləri vurğulanıb”.

Mission News Theme by Compete Themes.