Press "Enter" to skip to content

Ceyhun Bayramov Vladimir Norov ilə görüşüb

Ceyhun Bayramovun Vladimir Norov ilə görüşü

Son yeniləmə: 14 May 2022 08:15

Bayraqdar.info – Düşənbədə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov daha bir görüş keçirib. Belə ki, o, mayın 13-də Özbəkistan xarici işlər naziri v.i.e Vladimir Norov ilə görüşüb.

Bu buradə bayraqdar.info-ya XİN-dən məlumat verilib.

Məlumatda deyilir ki, nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafını razılıqla qeyd ediblər: “Ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə, o cümlədən iqtisadi, ticarət, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində addımların atıldığı bildirilib və əlaqələrin daha da inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparılıb”.

Nazir V.Norov, Özbəkistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verdiyini vurğulayıb: “O, qarşılıqlı səfərlərin və təmasların ikitərəfli əlaqələrin inkişafına verdiyi müsbət töhfəni qeyd edib. Həmçinin elm və təhsil sahəsində əməkdaşlığı qeyd edən Vladimir Norov, Özbəkistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin sevə-sevə oxunduğunu, Azərbaycanda isə dahi özbək şairi Əlişir Nəvainin orta məktəblərdə tədris edildiyini məmnunluqla vurğulayıb”.

Məlumatda həmçinin “nazir Ceyhun Bayramov iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını, habelə yüksək səviyyədə siyasi dialoqun mövcud olduğunu qeyd edib. O, Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verdiyi davamlı dəstəyə görə təşəkkürünü ifadə edib”, – deyilir.

Qeyd edilir ki, C.Bayramov həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, bərpa və quruculuq işləri, sülh quruculuğu istiqamətində atılan addımlar ilə bağlı məlumatlandırıb: “O, bölgədəki bütün kommunikasiyaların açılmasının həm bölgə ölkələri, həm də yaxın bölgələr üçün əhəmiyyətindən bəhs edib, xüsusilə də Zəngəzur dəhlizinin Mərkəzi Asiya ölkələri üçün faydasını qarşı tərəfin diqqətinə çatdırıb”.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Mission News Theme by Compete Themes.