Press "Enter" to skip to content

Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlığın 30-cu ili

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev tədbirdə çıxış edir

Bayraqdar.info – Mayın 13-də Azərbaycan Respublikası və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında əməkdaşlığın 30 illiyinə dair tədbir keçirilib.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, tədbridə BQXK-nin ölkəmizdəki nümayəndəsi Arian Bauer, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz klasterinin rəhbəri Davron Muxamadiyev çıxış ediblər.

Məlumata əsasən nazir müavini M.Məmməd-Quliyev çıxışında 44 günlük Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində ölkəmizin post-münaqişə dövrünə qədəm qoyduğunu deyib. O, münaqişənin humanitar nəticlərinin aradan qaldırılmasının, xüsusilə itkin düşmüş soydaşlarımızın taleyinin aydınlaşdırılması, işğaldan azad edilmiş ərazilərimizdə tapılmış kütləvi məzarlardakı insan qalıqlarının şəxsiyyətinin identifikasiyası və mina təhlükəsi barədə məlumatlandırmanın BQXK ilə əməkdaşlıqda vacib istiqamətlər olaraq qaldığını vurğulayıb.

Nazir müavini bu əməkdaşlığın bundan sonra da xalqımızın maraqları, BQXK-nin humanitar mandatı və ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində davam etdiriləcəyini bildirib.

Mission News Theme by Compete Themes.