Press "Enter" to skip to content

İnnovativ təşəbbüsləri ilə seçilən müəllimlər üçün müsabiqə

Son yeniləmə: 13 May 2022 12:49

Bayraqdar.info – Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil vloqeri” müsabiqəsi keçirilir.

Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır: “Müsabiqədə iştirak etmək istəyən namizəd özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), çalışdığı təhsil müəssisəsinin adı, tədris etdiyi fənnin adı, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu mayın 20-dək bu elektron ünvana göndərməlidir. Qeyd edək ki, müsabiqənin yekununda Təşkilat Komitəsi tərəfindən qaliblər müəyyənləşdirilərək təltif olunacaqlar”.

Mission News Theme by Compete Themes.