Press "Enter" to skip to content

İmişlidə yeni təlim-tədris mərkəzi

Mərkəzdə bır sıra istiqamətlər üzrə kurslar keçiriləcək

Son yeniləmə: 13 May 2022 09:45

Bayraqdar.info – İmişli rayonunda məktəbəqədər hazırlıq, mühasibatlıq, tibb, kompüter və xarici dil kursları, eləcə də idman sahəsində bir sıra xidmətlər göstərən yeni sahibkarlıq subyekti – “Zəfər Yolu İnkişaf və Bərpa Mərkəzi” fəaliyyətə başlayıb.

Bu barədə bayraqdar.info-ya Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, müəsissənin yaradılmasına dövlət dəstəyi KOBİA tərəfindən təmin edilib.

Belə ki, Agentlik mərkəzin yaradılmasına məsləhət, mühasibatlıq, marketinq, vergi uçotuna alınma, KOBİA-nın Abşeron KOB İnkişaf Mərkəzi isə təlim, əlaqələndirmə istiqamətlərində dəstək və xidmətlər göstərib.

Mission News Theme by Compete Themes.