Son yeniləmə: 13 May 2022 19:02
Yaxud informasiya fəzamızı zəhərləyən “Sputnik”
Bayraqdar.info – “Ən yeni imperializm daha çox informasiya resursları və idarəetməsi üzərində qurulduğu üçün onu infoimperializm kimi səciyyələndirmək doğru olardı. Çünki infoimperializm çərçivəsində idarəetmə və istismar ənənəvi hərbi, iqtisadi, mədəni vasitələrlə deyil, məhz informasiya vasitəsilə həyata keçirilir. Bunun üçünsə modern kibertexnologiyaların yaratdığı imkanlardan maksimum istifadə edilir. İnfoimperializm adlandırdığımız yeni beynəlxalq siyasi sistem inkişaf prosesində olduqca maraqlı, ancaq eyni zamanda, proqnozlaşdırılması xeyli çətin olan problemlər də gətirir”.
Bu fikirlər millət vəkili Hikmət Babaoğluna məxsusdur. “İnfoimperializm və media” adlı kitabında millət vəkili infoimperializmin tərifini də verib: “İnfoimperializm – informasiya resursları və idarəetməsi üzərində qurulan, idarəetmə və istismarın ənənəvi hərbi, iqtisadi, mədəni vasitələrlə deyil, məhz informasiya vasitəsilə həyata keçirildiyi siyasət növü. Bu siyasət növü modern kibertexnologiyaların yaratdığı imkanlardan maksimum istifadə edilməsi ilə səciyyələndirilir. İnfoimperializmin silahı qismində sosial media – Facebook, Twitter kimi sosial şəbəkələr, transmilli medianın digər resursları və bütün növ manipulyativ internet mənbələri çıxış edir”.
Müəllifin də qeyd etdiyi kimi infoimperializmin sürətlə təşəkkül etməsi üçün media (bütün növ, əsas etibarilə isə sosial media) əvəzsiz rol oynayır. Yəqin dəyətli oxucular bir neçə il öncə işıq üzü görmüş sözügedən kitabda öz əksini tapan bu məqama nədən toxunduğumuzu sual edəcəklər. Əslində haqları da var. Elə isə başlayaq bu suala cavabdan. Yəni infoimperializm haqqında fikirləri nədən xatırlamağımızdan.
İnfoimperializmin Rusiya örnəyi
Məsələ burasındadır ki, bəhs edilən məqam, yəni infoimperializm daha çox Qərbə, daha dəqiq desək, Qərb ölkə, təşkilat və beyin mərkəzlərinin müasir dövrdə müstəqil dövlətlərə qarşı yanaşmasına münasibətdə yada salınır. Amma heç uzağa getmədən son üç ay ərzində yaxın xaricdə cərəyan edən prosesləri analiz edəndə Rusiyanın bu məsələdə heç də Qərbdən geri qalmadığının şahidi oluruq. İstər Ukraynada törədilən cinayətləri gizlətmək üçün “sülhsevər rus əsgəri” təlqininə xidmət edən informasiyaların yayılması, istərsə də postsovet respublikalarını hədəfə alan və Moskvadan istiqamətlənən “informasiya zəhəri”nin dozasının hər keçən gün daha da artması Rusiyanın da infoimperializm siyasəti həyata keçirdiyinə işarə edir.
Zəruri haşıyə 1: Deyilənə görə, 2003-cü ildə ABŞ-ın İraqa hücumundan sonra amerikalı əsgərlərin sadə iraqlılara qarşı törətdikləri çoxsaylı cinayətlərin xarici ölkələrdə tirajlanması Ağ Evi narahat edibmiş. Həmin vaxt ABŞ-ın bəzi ölkələrdəki səfriliklərinin əməkdaşları media orqanlarını ziyarət edərək “İraqla bağlı məlumatlarda bu fotolardan istifadə etsəniz minnətdar olarıq” məzmunlu xahiş edirmiş. Həmin fotolarda isə guya Amerika əsgərini görən iraqlı uşağın sevinci, amerikalı əsgərləri güllə-çiçəklə qarşılayan sadə iraqlılar təsvir edilibmiş.
Bunu təsadüfən xatırlamadıq. Məsələ burasındadır ki, bu gün Rusiya da işğal edilən Ukrayna torpaqlarında buna bənzər taktika tətbiq edir. Rusiya telekanallarına baxanda bəzən adama elə gəlir ki, sadə ukraynalılar bu işğala və Ukraynanın viran qoyulmasına görə sevincdən bayılırlar.
Zəruri haşiyə 2: Bəlli olduğu kimi, ABŞ İraqa hərbi hücum etməzdən öncə informasiya müharibəsinə başlamışdı. Bu total informasiya müharibəsinin əsasını isə yalan informasiya və məlumatlar təşkil edirdi. Yeri gəlmişkən, məlumata əsasən Amerikan Vətəndaş Məsuliyyəti Mərkəzi Müstəqil Jurnalistlər Fondu ilə birgə bu istiqamətdə tədqiqat aparıb. Tədqiqat nəticəsində 2001-ci ilin sentyabr ayından 2003-cü ilin sentyabr ayınadək ABŞ hökumətinin İraqla bağlı 935 yalan məlumat verdiyi müəyyən edilib. Təbii ki, bu yalan məlumatların özəyini “İraqda atom bombası var”, “İraq bəşəriyyətə təhlükədir” kimi dünya ictimaiyyətində qorxu yaradan iddialar təşkil edirdi.
Yəqin dəyərli oxucu buna bənzər ssenarinin hazırda da Rusiya tərəfindən təkrarlandığının fərqindədir. Ukraynaya işğalçı hücum üçün bütün yola baş vuran Rusiya indi də “bioloji silahlar üzrə elmi tədqiqatlar aparan hansısa mərkəzlər”in axtarışına çıxıb. Özü də Rusiya tərəfi bu qırmızı yalandan Ukrayna ilə yanaşı digər ölkələrə qarşı informasiya hücumu zamanı istifadəyə cəhd edir.
Bir sözlə, təkcə bu iki məqamın fonunda H.Babaoğlunun sözügedən kitabında bəhs edilən infoimperializm siyasətindən Rusiyanın da geninə-boluna yararlandığı təsdiqlənir.
Qonşulara yönəlmiş informasiya silahı
Bu siyasətin fonunda biz Azərbaycana qarşı atılan addımları fəzamızı çirkləndirməyə cəhd edən və “erməni mühərriki” ilə işləyən “Sputnik”in fəaliyyətində bütün çılpaqlığı ilə müşahidə edirik.
Məlumat üçün bildirək ki, 2014-cü ildə yaradılmış “Sputnik” “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin ən mühüm, önəmli media layihəsidir. “Sputnik” radioverilişlər hazırlayır, veb-saytları və sosial şəbəkələrdəki kanalları idarə edir. 30 dildə yayımda olan “Sputnik”in baş redaktoru isə erməni Margarita Simonyandır. O Simonyan ki, bütün həyatı antitürk, antiazərbaycan fəaliyyəti üzərində qurulub.
Hər halı ilə tipik erməni olan M.Simonyan genetik tələbatına və Rusiyada xidmət etdiyi dairələrin verdiyi tapşırıqlara uyğun olaraq informasiya zəhəri ilə bizi öz evimizin içində zəhərləmək, yalan informasiya ilə Azərbaycanda zombilər yetişdirmək üçün dəridən-qabıqdan çıxır. Bu işdə onun ən böyük silahı isə “Sputnik Azərbaycan”dır.
Hərəyə bir daş atan erməni qızı
Krasnodardakı erməni ailəsində doğulan Margaritanın Azərbaycanla bağlı konkret planlarına keçməzdən öncə mətbuatda yazılan bəzi məqamları xatırlatmağı vacib bildik. Həmin məlumatlarda da qeyd olunduğu kimi 2022-ci il martın 18-də Moskvanın “Lujniki” stadionundakı çıxışında o, açıq şəkildə Rusiyanı Ukraynanı işğal etməyə növbəti çağırışlar edib. Bütün bunlara görə Ukrayna məhkəməsi M.Simonyan barəsində qiyabi həbs qətimkan tədbiri seçib. Bundan başqa Rusiyanın Ukraynadakı hərbi müdaxiləsini dəstəkləyərək təbliğ etdiyinə görə onun Avropa İttifaqına girişi yasaqlanıb.
Lakin bu erməni qızının qanlı arzuları təkcə Ukrayna ilə bağlı səsləndirilmir. Belə ki, o, Türkiyənin Qars vilayətini və Ağrıdağı Rusiyanın tərkibinə qaytarmaq istədiyini bildirib.
M.Simonyan qazax xalqına da eyni formada, erməni xislətinə uyğun yanaşma sərgiləyib.
Simonyanın Azərbaycan ağrısı
Bu yalan ustasının hədəfinin mərkəzində isə Azərbaycan dayanır. 2020-ci ildəki 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə Margaritanın ən böyük ağrısına çevrilib. Onun hər addımbaşı Azərbaycana qarşı yalan, hədyan, iftira qusması, ağzına gələni danışması da bu ağrının yaratdığı sancılarla bağlıdır.
Sanki 44 günlük savaş zamanı ordumuzun atdığı bütün güllələr, bütün raketlər bu erməni qızını dəlib deşib. Və o, bu ağrılarını xəfiflətmək üçün “Sputnik Azərbaycan”dan mümkün qədər çox yararlanmaq istəyir. Bu istəyin mərkəzində Azərbaycanda sabitliyin pozulmasna yönəlik təbliğatın aparılması dayanır. Məhz buna görə də M.Simonyan anti-Azərbaycan planlarının yeni mərhələsini genetik baxımdan ermənilərlə qohum olduğu söylənilən Əziz Əliyevlə deyil, bölücü-kəşfiyyatçı Vitali Denisovla icra etmək qərarına gəlib.
Bölücü-kəşfiyyatçı üçün Azərbaycanda təxribatçı rolu
Məlumat üçün bildirək ki, 2022-ci ilin martında “Sputnik Azərbaycan”a rəhbərlik Rusiyanın kəşfiyyat polkovniki Vitali Denisova həvalə edilib. Məlumatlarda qeyd edilir ki, V.Denisov “Sputnik Azərbaycan”a rəhbər kimi bir başa bölücü Güney Osetiyadan köçürülüb. Bəs onun Güney Osetiyadakı rolu nədən ibarət olub?
Bu suala cavab olaraq bildirək ki, Rusiya xüsusi xidmət orqanlarının polkovniki V.Denisov görüntüdə “Sputnik Osetiya”nın rəhbəri olsa da, əslində, Güney Osetiyada strateji xarakterli tapşırıqları yerinə yetirib və bunun da “mükafatı”nı alıb. O, Rusiya-Gürcüstan müharibəsi başa çatdıqdan sonra bölücü bölgə “prezidenti” administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.
Fikrimizcə, belə bir “zəngin” reputasiyaya malik şəxsin Azərbaycana göndərilməsi Kreml ətrafındakı ermənilərin ölkəmizlə bağlı məkrli planları ilə bağlıdır. Bu arada yenə də yayılan məlumatlara əsaslansaq, Azərbaycanda Ermənistanın və hazırda Rusiya “sülhməramlılarının” nəzarətindəki Qarabağ ermənilərinin vəziyyəti ilə bağlı tənqidi materialların dərcinə qadağa qoyan V.Denisov “Sputnik Azərbaycan” nümayəndəliyinin yeni media siyasəti üçün tabu və prioritet istiqamətlər müəyyənləşdirib: “Azərbaycanda baş verən problemli mövzuları işıqlandırmaq, sosial problemləri qabartmaq”, “Sosial narazılıq, yüksək xərclər, hökumətin iqtisadi, sosial problemləri həll edə bilməməsi kimi mövzularda körükləyici mövqelərin təşviq edilməsi”.
V.Denisovun “Sputnik Azərbaycan”da tətbiqinə başladığı media siyasətinin bir neçə ildir “Sputnik Qazaxıstan”da geniş tətbiq olunan media siyasətinin əkiz tayı olduğunu da dəyərli oxucuların diqqətinə çatdırmaqda yarar var.
Rusiyanı yaxına və uzağa düşmən edən ermənilər
Bütün bunları sadalamaqla yanaşı, hesab edirik ki, Rusiyada M.Simonyanın əməllərinə gec-tez lazımi qiymət verilməlidir. O baxımdan ki, bu qadının əsas amalı həm də Rusiyanı yaxın qonşuları ilə düşmən etməkdir. Yenə də burda erməni xisləti öz sözünü deyir. Tarix boyu ermənilər öz mənafeləri naminə Rusiyanı yaxın qonşularla düşmən ediblər. Bu gün də eyni hal təkrarlanır. Lakin Rusiyann indi hansısa “-yan”a görə dost, qonşu, müttəfiq itirmək vaxtı deyil. Kremldəkilər daha dərindən təhlil etsələr görərlər ki, M.Simonyanın bu fəaliyyətinin birinci hədəfi elə Rusiyanın özüdür. Məqsəd Rusiyanı meydanda tək qoymaqdır.
Bu yerdə Rusiyanın xarici işlər nazri, erməniəsilli Sergey Lavrovun bu yaxınlarda yaratdığı yəhudi böhranını da xatırlamamaq olmaz. Məhz onun yaratdığı böhran sonda Vladimir Putinin İsrail tərəfindən rəsmi şəkildə üzr istəməsi ilə nəticələndi.
Təbii ki, Rusiyanın erməni oyunlarına son qoyub-qoymayacağı, bunlara nə zaman “dur” deyəcəyi sonranın işidir. Bizim işimiz isə bu təxribat yuvasını bağlamaq, “Sputnik Azərbaycan”ın fəaliyyətini bir an öncə qadağan etməkdir. Ən azı erməni Simonyan bu qurumun ümumi rəhbərliyindən gedənə kimi “Sputnik” bizim informasiya fəzamızda görünməməlidir.
Sonda: Bütün deyilənlərlə bərabər “Sputnik Azərbaycan”ın şef-redaktoru Veronika Olegovna Antonova-Triznonu da unutmayaq. O da Bakıya yeni təyin edilib. Lakin əsas olan bu deyil. Əsas olan odur ki, bu Veronika M.Simonyanın ən yaxın rəfiqəsi – ailə dostudur. Erməni məsələsində də elə M.Simonyandan fərqli deyil. Deyilənə görə, o, Azərbaycana təyinat almazdan öncə ölkəmizə qarşı yazdığı cızma-qaralarını tez-tələsik internetdən təmizləyib və sonra Bakıya gəlib…