Son yeniləmə: 13 May 2022 12:48
Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti duz bazarında araşdırmalar aparır. Araşdırma zamanı “Azərbaycan Duz İstehsalat Birliyi” ASC və “SunFood” MMC tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunaraq həmin təsərrüfat subyektləri barədə iş qaldırılıb.
Bu barədə bayraqdar.info-ya Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, işəbaxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.
Qeyd edilib ki, qanun pozuntusu halları ilə rastlaşan sahibkarlar 195-1 Çağrı Mərkəzi, elektron poçt və digər vasitələrlə Dövlət Xidmətinə müraciət edə bilərlər.