Press "Enter" to skip to content

Daha bir test imtahanı

Son yeniləmə: 13 May 2022 13:29

Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi tərəfindən 15 may 2022-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

İmtahan kompüterlər vasitəsilə aparılacaqdır. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

Bu barədə bayraqdar.info-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahana qeydiyyat 2022-ci il 18 apreldən 2022-ci il 13 may saat 11.00-dək aparılıb və bu müddət ərzində 93 namizəd qeydiyyatdan keçib: “İmtahan saat 11.00-da başlayacaq və 3 saat davam edəcək. Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: şəxsiyyəti təsdiq edən sənədin əsli; “İmtahana buraxılış vərəqəsi”. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq”.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək: “Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz”.

Mission News Theme by Compete Themes.