Son yeniləmə: 13 May 2022 21:15
Bayraqdar.info – Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyəti üzvlərinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və sədr müavini Cəlal Adan ilə görüşü keçirilib.
Bu barədə bayraqdar.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Mustafa Şentop Türkiyə və Azərbaycanın müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini deyib: “Dövlətlərimiz və xalqlarımız arasında tarixən mövcud olan və bu gün də ən yüksək səviyyədə inkişaf edən münasibətləri yüksək qiymətləndirən TBMM sədriTADEF-inbu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib”.
Məluamta əsasən, TADEF rəhbəri Ədalət Turan səmimi qəbula görə spikerə minnətdarlığını bildirib: “TADEF rəhbəri Azərbaycan icması adından tarixin bütün dövrlərində, xüsusilə 44 günlük Vətən müharibəsindəkimənəvi və siyasi dəstəyinə görə Türkiyə dövlətinə və türk xalqına təşəkkürünü çatdırıb. TADEF-infəaliyyəti və həyata keçirəcəyi işlərlə bağlı ətraflı məlumat verilib”.
Görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım, TADEF-in sədr müavinləri, Ankara-Bakı Tanıtma və Həmrəylik Dərnəyinin sədri Səttar Kaya, Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydın iştirak ediblər.