Son yeniləmə: 13 May 2022 16:28
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2022-ci ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 milyard 188 milyon manat vəsait ödənilib.
Bu barədə bayraqdar.info-ya qurumdan məlumat verilib.
Bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 8 faiz və ya 162,5 milyon manat çoxdur: “Xatırladaq ki, sosial islahatların yeni mərhələsi kimi, cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin olunub”.