Son yeniləmə: 13 May 2022 09:03
Bayraqdar.info – Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı səfiri Abdelouahab Osman Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.
Qurumdan bayraqdar.info-ya verilən məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və səfir Abdelouahab Osman arasında keçirilmiş görüşdə KOB sektorunda əməkdaşlığın genişləndirilməsində hər iki ölkənin maraqlı olduğu vurğulanıb.
Görüşdə Əlcəzairin KOB-ların inkişafına dəstək göstərən təşkilatları ilə əlaqələrin qurulmasına və təcrübə mübadiləsinə, eləcə də əməkdaşlıq üçün potensial sektorların müəyyən olunmasına dair fikir mübadiləsi aparılıb.