Press "Enter" to skip to content

Xalça Muzeyində mühazirə keçiriləcək

Son yeniləmə: 12 May 2022 11:54

Bayraqdar.info – Mayın 14-də Azərbaycan Milli Xalça Muzeyində 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylərin yaranma tarixi” adlı mühazirə keçiriləcək.

Bu barədə bayraqdar.info-ya Xalça Muzeyindən məlumat verilib.

Bildirilib ki, mühazirə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nurlana Bağırova tərəfindən aparılacaq: “Muzeylərin yaranma tarixi və inkişaf mərhələləri barədə maraqlı məlumatlar əldə etmək və bu mövzuda suallara cavab tapmaq istəyənlər mühazirəyə dəvətlidirlər. Yerlər məhdud olduğundan https://forms.gle/tFVv2VqSwiLeiN3n9 linki vasitəsilə öncədən qeydiyyatdan keçmək xahiş olunur”.

Mission News Theme by Compete Themes.