Son yeniləmə: 12 May 2022 15:01
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq Peşələr Festivalı keçiriləcək.
Nazirlikdən bu barədə bayraqdar.info-ya verilən məlumatda deyilir: “Öyrən, Əylən, Peşəni seç!” devizi altında keçiriləcək festivalin əsas məqsədi düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaratmaqdır”.
Qeyd edilib ki, Azərbaycanın 10 bölgəsini əhatə edəcək festivalda 10 peşə haqqında maarifləndirici tədbirlər də həyata keçiriləcək: “İştirakçılara həmin peşə sahibləri ilə daha yaxından tanış olmaq imkanı yaradılacaq, peşə və ixtisas seçiminə dəstək göstəriləcək.
Festivala ilk olaraq 15 may tarixində Şamaxı şəhərində başlayacaq: “Ümumilikdə, Festival aşağıda qeyd edilən rayon və şəhərləri əhatə edəcək: Şamaxı -15 may, Sumqayıt – 17 may, Lənkəran – 19 may, Şirvan – 21 may, Bakı – 23 may, Şəki – 25 may, Mingəçevir – 27 may, Bərdə – 30 may, Gəncə – 1 iyun və Qazax – 2 iyun”.
Məlumata əsasn festival çərcivəsində təqdim olunacaq peşələr isə bunlardır: “Aşbaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik-dizayner, interyer-dizayner, kompüter proqram təminatçısı, elektrik, təmirçi çilingər və elektron cihazların təmirçisi. Festivala qatılan iştirakçılar əmək bazarında peşələrə və peşələr üzrə bacarıqlara olan tələblər, gələcəkdə əmək bazarının necə formalaşacağı barədə məlumatlara sahib olacaqlar. Tədbirdə iştirak ödənişsizdir”.