Son yeniləmə: 12 May 2022 15:00
Bayraqdar.info – “Türk Silahlı Qüvvələrinin KKTC-də olması Kıbrıs türklərinə güvən verir”.
Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar Kahramanmaraş Türk Silahlı Qüvvələrinin Gücləndirmə Vəqfinin başqanı Rüstem Özeni və rəhbrəlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, E.Tatar görüşə görə məmnunluğunu ifadə edib. O, müxtəlif tədbirlərdə Türkiyə Silahlı Qüvvələri Vəqfinin rəsmiləri ilə görüşdüyünü bildirib və Türkiyə Silahlı Qüvvələrinin daha da güclənməsini arzulayıb.
Türkiyə Cümhuriyyətinin müdafiə sənayesi və bütün törəmə müəssisələri ilə imkanlarını artırdığını ifadə edən E.Tatar bunun KKTC xalqına sevinc bəxş etdiyini söyləyib.