Press "Enter" to skip to content

Birgə təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb

Qazaxıstanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi general-leytenant Serik İztleuovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş

Son yeniləmə: 12 May 2022 14:26

Bayraqdar.info – Mayın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Qazaxıstanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi general-leytenant Serik İztleuovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, qonaqları salamlayan müdafiə naziri dövlətlərimiz arasında əlaqələrin möhkəm tarixi bazaya və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını bildirib: “General-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilən ərazilərdə görülən işlərlə bağlı nümayəndə heyətinə ətraflı məlumat verib. Müdafiə naziri, həmçinin Vətən müharibəsində əldə edilən döyüş təcrübəsi və Türkiyə Silahlı Qüvvələrinin modeli nəzərə alınmaqla Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb”.

Məlumata əsasən Qazaxıstanın müdafiə nazirinin salamlarını çatdıran general-leytenant S.İztleuov hərbi əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini qeyd edib: “Görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin yüksəlməsində birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi vurğulanıb. Sonda hərbi, hərbi təhsil və hərbi kəşfiyyat sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb”.

Mission News Theme by Compete Themes.