Son yeniləmə: 12 May 2022 08:35
Bayraqdar.info – Xarici işlər nazirinin müavini Elnur Məmmədovun Paraqvayın xarici işlər naziri Xulio Ariola ilə görüşü keçirilib. Görüş nazir müavinin Latın Amerikasına səfəri çərçivəsində baş tutub.
Bu barədə bayraqdar.info– ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə ölkələrimiz arasında əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib: “Azərbaycanla Paraqvay arasında aparılan siyasi dialoqun vacibliyi vurğulanıb. Müxtəlif istiqamətlərdə, o cümlədən energetika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib”.
Məlumata əsasən Azərbaycan tərəfi Paraqvayın ölkəmizin ərazi bütövlüyünün və suverenliyi ardıcıl və davamlı şəkildə dəstəklədiyini görə təşəkkür ifadə edib: “Görüşdə, həmçinin Azərbaycan və Paraqvay arasında beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq və qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb”.
Səfər çərçivəsində həmçinin Paraqvayın paytaxtı Asunsyon şəhərində Xarici İşlər nazirlikləri arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib: “Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Paraqvay tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Raul Rikyardi rəhbərlik etdiyi nümayəndə heyətləri siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar”.
[…] Azərbaycanla Paraqvay arasında əməkdaşlığın perspektivləri […]