Son yeniləmə: 11 May 2022 14:43
Bayraqdar.info – Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır. Proses 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq reallaşır.
Bu barədə bayraqdar.info-ya mayın 11-də Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materiallarının dəyişdirilməsi, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilməsi həyata keçirilir: “Silah və texnikanın yay dövründə fasiləsiz və dayanıqlı istismara hazırlığı hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xidmət edir”.