Son yeniləmə: 11 May 2022 14:42
Bayraqdar.info – Mayın 10-da “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirilib.
Bu barədə bayraqdar.info-ya Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Hərbi Qənimətlər Parkının yanında hazırlanmış xüsusi zonada təşkil edilən final oyunu təntənəli açılış mərasimi ilə başlanıb: “Yarış iştrakçılarının hərbi paradından və sıra düzülüşündən sonra gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Müdafiə Nazirliyinin idarə rəisinin müavini Elşad Əbilov, Səfərbərlik Xidmətinin idarə rəisi Füzuli İsmayılov, Respublika Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov çıxış edərək “Şahin”lərə uğurlar arzulayıblar”.
Xüsusi təyinatlı hərbçilərin nümunəvi çıxışlarından sonra, yarış iştirakçılarının mübarizəsinə başlanıb: “Zona yarışlarının qalibi olan 18 komandanın mübarizəsində qalib adını Nizami rayonu “Şahin”ləri qazanıblar. İkinci yeri Sumqayıt, üçüncü yeri isə Ordubad məktəbliləri tutublar”.