Press "Enter" to skip to content

Nazirliklər arasında siyasi məsləhətləşmələr

Argentinada keçirilən görüşdən

Son yeniləmə: 11 May 2022 08:56

Bayraqdar.info – Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun mayın 9-da Argentinanın xarici işlər, beynəlxalq ticarət və ibadət üzrə naziri Santyaqo Kafiyero ilə görüşü keçirilib. Görüş Latın Amerikası dövlətlərinə səfər çərçivəsində baş tutb.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məılumat verilib.

Bildirilib ki, görüşdə dövlətlərarası münasibətlərin səviyyəsi yüksək qiymətləndirilib: “Ölkələr arasında aparılan siyasi dialoqun əhəmiyyəti qeyd olunub. Müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib, növbəti il ölkələr arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd ediləcəyi, birgə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb”.

Qeyd edilib ki, eyni gündə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Argentina Xarici İşlər, Beynəlxalq ticarət və İbadət üzrə Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti, 4-cü raundu keçirilib: “Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Argentina tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Pablo Tettamantinin rəhbərlik etdiyi nümayəndə heyətləri ikitərəfli münasibətlərin mövcud vəziyyəti, o cümlədən siyasi, iqtisadi, enerji, yüksək texnologiyalar və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar”.

Nazir müavini E.Məmmədov Vətən müharibəsindən sonra regionda yaranmış yeni siyasi reallıqlar, azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işləri barədə ölkəmiz tərəfindən həyata keçirilən tədbirlər barədə də danışıb. O, irimiqyaslı layihələr haqqında qarşı tərəfə ətraflı məlumat verib. Həmçinin, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərin əhəmiyyətinin artdığı diqqətə çatdırılıb.

Məlumata əsasən Argentinaya səfəri çərçivəsində xarici işlər nazirinin müavini E.Məmmədov həmçinin Argentinanın beynəlxalq münasibətlər üzrə Şurasında çıxış edib, La Plata universitetində azərbaycanşunaslıq kafedrasında əməkdaşları, təhqiqatçılar və tələbələr ilə görüş keçirib.

Mission News Theme by Compete Themes.