Son yeniləmə: 11 May 2022 16:48
Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlarla görüşlərini davam etdirir. KOBİA-dan bayraqdar.info-ya verilən məlumata görə, görüşlər sahibkarlıq subyektlərinin fəaliyyəti ilə yerində tanışlıq, istehsalın genişləndirilməsi üçün lazım olan dəstəyə dair fikir mübadiləsinin aparılması məqsədilə keçirilir.
Qeyd edilib ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri bu dəfə Abşeron rayonunun Novxanı kəndində yerləşən “İDEA” MMC-yə məxsus zavodda istehsal prosesi ilə yaxından tanış olublar. KOBİA nümayəndələri istehsalın genişləndirilməsi və ixrac həcminin artırılmasına dair fikir mübadiləsi aparıblar.
Məlumat verilib ki, 2004-cü ildən fəaliyyət göstərən müəssisədə taxta və metaldan memarlıq konstruksiyaları və müxtəlif məhsullar (skamya, çardaq, masa, zibil qutuları və s) istehsal olunur. Müəssisədə 60-a yaxın işçi çalışır.