Son yeniləmə: 11 May 2022 09:41
Bayraqdar.info – İran Məhkəmə Sisteminin sözçüsü Zəbihullah Xudaiyan İsveç-İran vətəndaşı olan Güney Azərbaycanlı alim Əhmədrza Cəlalinin edam hökmünün qətiləşdiyini deyib. Mayın 10-da mediaya açıqlama verən Xudaiyan edam hökmünün icra olunması üçün hazırlıq görüldüyünü bildirib. O, İsveçdə mühakimə olunan və barəsində ömürlük həbs cəzası istənilən İranın keçmiş prokuror köməkçisi Həmid Nuri ilə Əhmədrza Cəlalinin dəyişdirilməsi məsələsinə toxunub. “Bunlar ayrı-ayrı məsələlərdir və bir-birləri ilə heç bir əlaqəsi yoxdur”, – deyə Zəbihullah Xudaiyan iddia edib.
Xəbəri “Azad İran” Telegram kanalı Deutsche Welle-yə istinadla yayıb.
“Bu günədək Əhmədrza Cəlali edam hökmünün icra olunması üçün bir neçə dəfə təkadamlıq kameraya köçürülüb. Ancaq beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə təşkilatlarının, habelə İsveç dövlətinin məsələyə müdaxiləsi nəticəsində edam ertələnib.
“Güneyli alimin edam hökmünün qətiləşdiyi və onun may ayında edam ediləcəyi ilə bağlı xəbərlərin yayılmasından sonra beynəlxalq səviyyədə etiraz bəyanatları səsləndirilib.
“ABŞ Dövlət Departamenti, İsveç Xarici İşlər Nazirliyi, Beynəlxalq Əfv Təşkilatı və digər qurumlar İran hökumətini alimin edam hökmünü ləğv etməyə və onu azadlığa buraxmağa çağırıblar”, – deyə xəbərdə bildirilir.
[…] Fars-molla rejimi Güneyli alimi edam edir […]
[…] Fars-molla rejimi Güneyli alimi edam edir […]
[…] Fars-molla rejimi Güneyli alimi edam edir […]