Son yeniləmə: 11 May 2022 16:53
Bayraqdar.info – Mayın 10-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hırrac keçirilib. Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, növbəti hərracda 3 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib.
Qeyd edilib ki, satılan əmlaklar İmişli, Lənkəran və İsmayıllı rayonlarında yerləşir, xidmət və emal sahələrinə aiddir: “Əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilib. Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 67.500 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur”.
Məlumatda o da bildirilib ki, cari ay üzrə növbəti hərrac mayın 17-də keçiriləcək. Hərraca 10 kiçik dövlət müəssisə və obyekti çıxarılıb.