Press "Enter" to skip to content

Bu rayonlardan olan vətəndaşlar üşün qəbul

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC

Son yeniləmə: 11 May 2022 15:24

Bayraqdar.info – “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov mayın 17-də Göygöl rayonunda, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək.

Bu barədə bayraqdar.info-ya mayın 11-də qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, qəbul saat 10:00-dan başlayaraq Göygöl rayon Sukanal Sahəsinin inzibati binasında keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək: “Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər. Vətəndaşlar qəbul üçün Göygöl və Daşkəsən Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər”.

Mission News Theme by Compete Themes.