Press "Enter" to skip to content

Yeni hökuməti millət vəkili quracaq

Nadir Azəri

Son yeniləmə: 11 May 2022 18:36

Yaxud UBP-də bundan sonra nələrin olacağı maraq doğurur

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) hökumət böhranından qaynaqlanan siyasi gərginlik davam edir. Bir müddət öncə hakim Ulusal Birlik Partiyasının (UBP) genel başqanı və 26-cı hökumətin baş naziri Faiz Sucuoğlu 27-ci hökuməti qura bilmədiyi üçün gözlər Cümhurbaşqanı Ersin Tatara yönəlmişdi.

Faiz Sucuoğlu bacarmadı

Ersin Tatarın seçimi

Parlamentdəki partiya təmsilçiləri ilə görüşən E.Tatar isə sonda KKTC Anayasasının 106-cı maddəsinin 2-ci bəndindən yararlanmağa qərar verdi. Xatırladaq ki, həmin bənddə deyilir: “Cümhurbaşqanı, Nazirlər Kabinetini qurmaq səlahiyyətini etimad səsi ala biləcək bir qrup başqanına və ya millət vəkillinə verə bilər”.

KKTC-də yeni hökumət arayışları davam edir

E.Tatar da məhz belə etdi. Parlamentdəki müxalifət partiyaları CTP və HP-nin bir daha növbədənkənar parlament seçkilərinin keçirilməsi istəklərini qəbuledilməz sayan və haqlı olaraq bunun onsuz da güclü olmayan KKTC iqtisadiyyatını daha da ağırlaşdıracağını düşünən E.Tatar yeni hökuməti qurmaq səlahiyyətini UBP millət vəkili Ünal Üstelə verdi.

UBP-dən Cümhurbaşqanının seçiminə dəstək

Məhz bundan sonra bütün nəzərlər UBP-yə yönəldi. Və gözlənilən qərar mayın 11-də verildi. UBP Partiya Məclisi Ünal Üstelin yeni hökuməti qurmaq səlahiyyətini bir növ təsdiqlədi və bununla da Cümhurbaşqanının seçiminə dəstək verdi.

Yeni hökuməti quracaq şəxs bəlli oldu

Beləliklə, Ü.Üstelin qısa zaman, hətta yaxın 2-3 gün ərzində yeni hökuməti formalaşdırmaq üçün hərəkətə keçəcəyi gözlənilir. Zatən onun özü də mayın 9-da Cümhurbaşqanı ilə görüşdən sonra hökuməti qurmaq fəaliyyətinin sürətli şəkildə həyata keçiriləcəyini demişdi.

UBP-də genel başqan problemi baş qaldıra bilərmi?

Yeni hökumətin formatının necə olacağı, YDP və DP-nin bu hökumətdə təmsil olunub-olunmayacağı uzağı iki günə bəlli olacaq. Amma bu arada KKTC siyasi sistemində baş qaldıra biləcək başqa bir problem haqqında da danışılmağa başlanılıb. Söhbət hakim UBP daxilindəki durumdan gedir. Çünki KKTC-nin siyasi həyatında nadir rast gəlinən hökumətin bir millət vəkili tərəfindən qurulması özlüyündə başqa bir problemi də ortaya çıxarıb: UBP-də genel başqan məsələsini.

Məsələ burasındadır ki, KKTC-dəki bəzi dostlardan aldığımız bilgiyə görə, bu ölkənin tarixində hökumətləri partiya genel başqanları qurub. Yaxud da, hökumət quran şəxs genel başqan olub. İndiki durumda əgər Ünal Üstel hökuməti qura biləcəksə, o zaman növbəti mərhələdə UBP-də rəhbər dəyişikliyi gündəmə gələ bilər.

Faiz Sucuoğlu “mən qalacağam” deyir

Düzdür, mayn 11-də UBP-nin Partiya Məclisindən dərhal sonra mətbuata açıqlama verən Faiz Sucuoğlu belə bir halın baş verməsinin gözlənilmədiyinə işarə edib. Belə ki, o, “partiya başqanlığım davam edəcək, görünən budur. Baş nazirlə də yaxından işləməyə davam edəcəyik” deyib.

Lakin elə bu cümlənin özündə belə qətiliyin olmaması diqqətdən yayınmır. Yəni F.Sucuoğlu “partiya sədrliyindən getməyim müzakirə mövzusu deyil” şəklində bir açıqlama versəydi, sualların hamısına cavab tapılmış olardı. Lakin onun cümləsindəki “görünən budur” sözləri UBP-də heç də rəhbər dəyişiminin olmayacağı anlamına gəlmir.

Bu məqamda yenə də elə onun “Üzvlər həssaslıq göstərdi, prosesi görəcəyik. Ümid edirəm ki, problemli proses aradan qaldırılacaq” deməsinə diqqət yetirmək lazımdır. Hesab edirik ki, bu sözləri, əslində, “əgər genel başqanlığım müzakirə mövzusu olarsa, o zaman partiya daxilində problem yarana bilər” kimi oxumaq laızmdır. .

Təbii ki, bütün bunlar ehtimallardır. Arzumuz isə yavru Vatanın bir an öncə siyasi sabitliyə və yeni, daha uzunömürlü hökumətə qovuşmasıdır.

Eyni zamanda, bir daha o fikrimizə qayıdırıq ki, KKTC-də bir an öncə islahatlara gedilməli, prezidentlik üsul-idarəsinə keçid edilməlidir.

KKTC-də də siyasi islahatların vaxtı çatıb

3 Comments

Comments are closed.

Mission News Theme by Compete Themes.