Son yeniləmə: 10 May 2022 10:30
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) yeni hökumətin qurulması üçün növbəti addım atılıb. Belə ki, Cümhurbaşqanı Ersin Tatar yeni hökumətin qurulması üçün UBP millət vəkili Ünal Üstelə səlahiyyət verib.
Bununla bağlı KKTC Cümhurbaşqanlığı Basın ve Halkla İlişkiler Bürosu açıqlama yayıb.
Məlumatda deyilir ki, Konstitusiyanın ona verdiyi səlahiyyətə əsaslanaraq E.Tatar mayın 9-da axşam UBP Genəl başqanı və baş nazir Dr. Faiz Sucuoğlunu qəbul edib. Görüşdə aparılan müzakirələrdən sonra E.Tatar KKTC Konstitusiyasının 106-cı maddəsinin 2-ci bəndinə əsaslanaraq UBP Girne millət vəkili Ünal Üstelə yeni hökumətin qurulması səlahiyyətini verib.
Xatırladaq ki, KKTC Konstitusiyasının 106-cı maddəsinin 2-ci bəndində deyilir: “Cümhurbaşqanı, Nazirlər Kabinetini qurmaq səlahiyyətinin etimad səsi ala biləcək bir qrup başqanına və ya millət vəkillinə verilə bilər”.
[…] Yeni hökuməti quracaq şəxs bəlli oldu […]