Press "Enter" to skip to content

Xanlar Cəfərovun xatirə gecəsi keçiriləcək

Bayraqdar.info – May ayının 13-də Beynəlxalq Muğam Mərkəzi görkəmli qarmon ifaçısı Xanlar Cəfərovun xatirəsinə həsr edilən gecə təqdim edəcək.

Bu barədə bayraqdar.info-ya Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.

Bildirilib ki, gecədə Xanlar Cəfərovun yaradıcılıq yoluna nəzər salınacaq, sənət dostlarının sənətkarla bağlı xatirələri dinləniləcək. Xan Şuşinski Fondu ilə birgə təşkil ediləcək gecədə tanınmış ifaçılar və Xanlar Cəfərovun tələbələrinin ifaları təqdim olunacaq: “Gecədə Xalq artisti Aftandil İsrafilov, Xalq artisti Ənvər Sadıqovun “Qaytağı” ansamblı, Əməkdar artist Zakir Mirzəyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, MK-nın dosenti Aydın Əliyev, BMM-nin solistləri Mirələm Mirələmov, Abgül Mirzəliyev, Kamilə Nəbiyeva və Xanlar Cəfərovun tələbəsi, tanınmış qarmon ifaçısı Orxan Mirnatiqoğlu və tanınmış ifaçılar çıxış edəcəklər”.

Vurğulanıb ki, X.Cəfərov 1973-cü ildən Azərbaycan Dövlət Filarmoniyasında , Dövlət Rəqs Ansamblında qarmon ifaçısı kimi fəaliyyətə başlayıb: “2001-2009-cu illərdə “Azneftyağ” istehsalat birliyinin musiqi ansamblında konsermeystr kimi çalışıb. Unudulmaz ifaçının çoxsaylı konsert proqramlarından olan lent yazıları televiziyanın arxivində saxlanılır”.

Mission News Theme by Compete Themes.