Son yeniləmə: 10 May 2022 10:29
Bayraqdar.info – Yunus Emre İnstitutu və Herseqovina-Neretva Kanton Pedaqoji İnstitutu tərəfindən Mostarda keçirilən türk dili müsabiqəsinin qalibləri məlum olub.
Bu barədə Balkan News məlumat yayıb.
Məlumatda deyilir ki, təşkilatçılar ən uğurlu məktəbliləri mükafatlandırıb. Ən yaxşı ibtidai sinif şagirdləri 250 KM, ikinci yer 150 KM və üçüncü yer üçün 100 KM pul mükafatı ilə təltif olunub. Orta məktəb müsabiqəsində digər yüksək yerləri tutan şagirdlərə də xüsusi mükafatlar verilib.
Mostar Yunus Emre İnstitutunun direktoru Yunus Dilber mətbuata açıqlamasında “Bu dəfə ən yaxşı 3 lisey şagirdinin Türkiyənin Kayseri şəhərinə səyahət etməsinə qərar verdik. Qardaş şəhər Kayseri və Kızılay qurumu kömək etdi. Qaliblər səfər zamanı hər səhər türk dilini öyrənmək imkanı qazanacaq, günorta isə Kayseri və ətraf şəhərləri gəzərək, bir çox görməli yerlərdən həzz alacaqlar”.
Yarışmaya 20 ibtidai və 11 orta məktəbdə türkcəni ikinci dil kimi öyrənən herseqovinalı 60 şagird qatılıb.