Son yeniləmə: 10 May 2022 15:19
Bayraqdar.info – “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Qurumdan bayraqdar.info-ya mayın 10-da verilən məlumatda belə deyilir.
Qeyd edilir ki, Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Göygöl rayonunda təşkil olunacaq. “Azəriqaz” İB-nin rəhbər şəxsləri Göygöl rayonu, Hummel küçəsi, Heydər Əliyev adına parkda baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
Səyyar qəbul otağı mayın 11-də saat 13:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.