Press "Enter" to skip to content

Səfir prezidentin andiçmə mərasimində

Səfir Məmməd Talıbov Kosta Rikanın yeni seçilmiş prezidenti Rodriqo Çaves Roblesi təbrik edir

Son yeniləmə: 10 May 2022 10:30

Bayraqdar.info – Azərbaycanın Kosta Rikadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov bu ölkənin yeni seçilmiş prezidenti Rodriqo Çaves Roblesin andiçmə mərasimində iştirak edib.

Bu barədə bayraqdar.info-ya mayın 10-da səfirlikdən məlumat verilib.

Bildirilib ki, mərasim paytaxt San Xosedə, ölkənin parlament binasında keçirilib. Sonra bu ölkədə akkreditə olunmuş və tədbirdə təmsil olunan diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüş keçirilib.

Görüş zamanı M.Talıbov Kosta Rikanın dövlət başçısı Rodriqo Çaves Roblesə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təbrik və səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirənmKosta RikaPrezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Prezident R.Çaves hökumətinin Kosta Rikanın Azərbaycanla arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.

“Mərasimdə iştirak edən Kosta Rikanın yeni Xarici Əlaqələr və Etiqad naziri ArnoldoAndre Tinoko ilə Məmməd Talıbov arasında qısa söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Kosta Rika Konqresinin sədri RodriqoAriasSançes ilə baş tutmuş söhbət zamanı iki ölkənin parlamentlərarası əlaqələrinin vacibliyi vurğulanıb.

“Həmçinin, mərasimdə iştirak edən Kolumbiya Respublikasının prezidenti İvanDuke və Panama Respublikasının prezidenti LaurentinoKortizo ilə səfir Məmməd Talıbov arasında baş tutmuş söhbət zamanı Azərbaycan Respublikasının prezidenticənab İlham Əliyevin salamları çatdırılıb, ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”, – deyə məlumatda daha sonra bildirilib.

Mission News Theme by Compete Themes.