Bayraqdar.info – Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev Türkiyəyə rəsmi səfər edib. Məlumata əsasən, mayın 10-da Türkiyə Cümhurbaşqanlığı Külliyesində Qazaxıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub.
Recep Tayyip Erdoğan Qasım-Jomart Toqayevi Cümhurbaşqanlığı Külliyesinin önüdə qarşılayıb.
Hər iki lider mərasim məkanında yerlərini aldıqdan sonra qonağın şərəfinə 21 top atəşi açılıb.
Qeyd edək ki, rəsmi qarşılanmadan sonra hər iki liderin təkbətək, həmçinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü nəzərdə olacaq.
Görüşlərdən sonra sənədlərin imzalanması mərasimi olacaq və birgə mətbuat konfransı keçiriləcək.
Kazakistan Cumhurbaşkanı Kasım Cömert Tokayev’i Resmî Karşılama Törenihttps://t.co/AvX9RzrfJ9
— Recep Tayyip Erdoğan (@RTErdogan) May 10, 2022
[…] Qazaxıstan Prezidenti Türkiyədə rəsmi səfərdədir […]