Press "Enter" to skip to content

Prezident və birinci xanım Ulu öndərin məzarını ziyarət edib

Prezident ailə üzvləri ilə

Son yeniləmə: 10 May 2022 16:11

Bayraqdar.info – “Mayın 10-da – xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər”.

Bu xəbəri mayın 10-da Prezidentin Mətbuat xidməti yayıb.

Xəbərdə deyilir ki, “Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı”.

Daha sonra Dövlət Himni səsləndirilib.

Ardınca da birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ulu öndərin məzarı önünə gül dəstələri qoyub.

“Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoydular. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüldü”, – deyə xəbərdə bildirilir.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.