Press "Enter" to skip to content

Molla rejimi Güneyli körpəyə türk adı qoymağı əngəlləyir

Adsız türk balası

Son yeniləmə: 10 May 2022 15:56

Bayraqdar.info – İranın fars-molla rejimi daha bir türk balasına türk adı qoyulmasını əngəlləyir.

Bu haqda xəbəri mayın 10-da Güney Azərbaycan Demokratik Türk Birliyi yayıb.

Xəbərdə deyilir ki, “GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran irqçi yanaşma sərgiləyərək Güney Azərbaycanın Vərziğan bölgəsindən olan körpəyə türkcə ad seçildiiynə görə 18 aydır şəxsiyyət vəsiqəsi vermir”.

Daxil olan məlumata görə, “körpənin atası Həsən Nəcəfzadə bildirib ki, oğlu 2020-ci il oktyabrın 19-da Təbrizin “Əmir əl-Möminin” xəstəxanasında dünyaya gəlib. Lakin Vərziğan şəhərində İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi Əlihan adının qadağan olunmasını bəhanə gətirərək övladına doğum haqqında şəhadətnamə verməkdən imtina edir”.

H.Nəcəfzadə həmçinin deyib ki, “iki ilə yaxındır ki, övladım şəxsiyyətini təsdiq edən sənədləri olmadığından tibbi xidmətlərdən yararlana bilmir və bu da onun səhhətini ciddi təhlükə altına qoyub”.

Əlavə edək ki, İranın fars-molla rejimi bütün mümkün vasitələrlə türk kimliyini unutdurmaq və türkləri əridib yox etmək siyasəti yürüdür. Ona görə də hətta körpələrə türk adlarının verilməsi belə əngəllənir.

Fars-molla rejimi daha bir körpəni adsız qoyub

Mission News Theme by Compete Themes.