Press "Enter" to skip to content

Güneyli siyasi məhbusun həyatı təhlükədədir

Ruzbeh Piri posterləri

Son yeniləmə: 10 May 2022 12:11

Bayraqdar.info – Mayın 8-də Güney Azərbaycanlı milli-mədəni fəallar Təbrizdə azərbaycanlı siyasi məhbus Ruzbeh Piriyə azadlıq tələb ediblər.

Bu haqda xəbəri “Azad İran” Telegram kanalı Azərbaycan və Türk Xəbərləri kanalına istinadla yayıb.

Xəbərdə deyilir ki, “onlar “Ümumdünya Spesifik və Sağalmaz Xəstəliklər Günü” münasibətilə keçirdikləri aksiya ilə Təbriz zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbusun sağlıq durumunun yaxşı olmadığına və həbsxana rəhbərliyinin onun müalicəsinə imkan vermədiyinə diqqət yönəltdiblər”.

Daha sonra qeyd edilir ki, “bu məqsədlə divarlara yapışdırılan posterlərin üzərində yazılıb: “Azərbaycan övladlarını həbs etməklə Azərbaycan xalqının hüquqlarını gizlədə bilməzsiniz”, “8 may Ümumdünya Spesifik və Sağalmaz Xəstəliklər Günü: Ruzbeh Pirinin həyatı təhlükədədir”.

“Xatırladaq ki, R.Piri mədə xorası xəstəliyindən əziyyət çəksə də zindan rəhbərliyi onun zindandan kənar xəstəxanada müalicəsinə icazə vermir. Bununla yanaşı hökumət azərbaycanlı siyasi məhbusa təzyiq məqsədilə onu narkotik maddə istifadəçilərinin saxlanıldığı 15-ci kolona köçürüb”, – deyə xəbərdə bildirilir.

Əlavə edək ki, milli-mədəni fəal Ruzbeh Piri 2022-ci ilin 12 fevral tarixində tutulub, 3 il 8 aylıq həbsə məhkum edilib.

Fars-molla rejimi daha bir milli fəalı həbs edib

Mission News Theme by Compete Themes.