Press "Enter" to skip to content

Ermənistan sərhəddə təxribat törətdi, cavabını da aldı

Müdafiə Nazirliyi

Bayraqdar.info – “Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub”.

Bu haqda xəbəri bayraqdar.info-ya mayın 10-da Müdafiə Nazirliyindən veriblər.

Xəbərdə daha sonra qeyd edilir ki, Azərbaycan Ordusunun bölmələri uyğun cavab tədbirləri görüb, şəxsi heyət və texnika baxımından itki yoxdur.

“Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”, – deyə Nazirlik bildirir.

Mission News Theme by Compete Themes.