Press "Enter" to skip to content

Azərbaycanın turizm imkanları təqdim olunur

Sərgidə Azərbaycanın milli stendi

Son yeniləmə: 10 May 2022 16:45

Bayraqdar.info – Mayın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “ATM Dubai 2022” (Arabian Travel Market 2022) beynəlxalq sərgisi başlayıb. Sərgidə Azərbaycan milli stendlə təmsil olunur.

Bu barədə bayraqdar.info-ya mayın 10-da Dövlət Turizm Agentliyindən bildirilib.

Qeyd edilib ki, Agentliyin təşkilatçılığı ilə tədbirdə “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan Turizm Departamenti, eləcə də 31 yerli turizm şirkəti iştirak edir: “Sayca 29-cu dəfə başa tutan sərgidə ziyarətçilərə Azərbaycanın müxtəlif regionlarının, eləcə də işğaldan azad olunan ərazilərin turizm imkanları tanıdılır, yeni turizm məhsulları, hazırda mövcud olan səyahət qaydaları, Yaxın Şərq ölkələrindən Azərbaycana səfər imkanları haqqında geniş məlumat verilir”.

Sərgi mayın 12-dək davam edəcək: “Beynəlxalq sərgidə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə BƏƏ-dən olan turizm şirkətləri, eləcə də digər region ölkələrindən olan turizm üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri ilə B2B görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunur, yeni turizm məhsulları və turizm istiqamətləri haqda məlumat verilir”.

Mission News Theme by Compete Themes.