Press "Enter" to skip to content

İran Qaşqay türklərini yurdlarından didərgin salır

Qşqay türkləri

Bayraqdar.info – İranda yaşayan etnik Qaşqay türkləri öz dədə-baba yurdlarında köçəri evlərinin dağıdılması və köçün qarşısının alınması səbəbindən tarixi torpaqlarını tərk etməyə məcbur qalıblar.

“Azad İran” Telegram kanalı Anadolu Ajansına istinadla xəbər verir ki, İranın 2 milyondan çox əhalisi olan və ən böyük türk toplumlarından sayılan Qaşqay türkləri son vaxtlar ənənəvi köçlərində ciddi maneələrlə üzləşib. Hökumət onları yeni həyat tərzini qəbul etməyə və çoxəsrlik mədəniyyətlərindən uzaqlaşmağa məcbur edib.

Onlar əsasən Fars, Kohgiluye, Buyer-Əhməd, İsfahan, Çaharmahal, Bəxtiyari və Buşəhr vilayətlərinin yüksək dağlıq ərazilərində yaşayırlar. Qaşqaylar daha çox maldarlıq və toxuculuqla məşğul olurlar.

İran hökuməti Qaşqay türklərini şəhərlərdə yerləşdirmək və onları dəyişdirmək cəhdlərini davam etdirir. Onların əksəriyyəti şəhərlərdə yaşasa da əhalinin 10 faizi hələ də köçəri mədəniyyətini qoruyub saxlaya biliblər.

Mission News Theme by Compete Themes.