Press "Enter" to skip to content

Nazir “Ümumdünya Kommunal Xidmətlər Konqresi”ndə

Son yeniləmə: 8 May 2022 13:35

Bayraqdar.info – 9-11 may tarixlərində Abu-Dabi şəhərində “Ümumdünya Kommunal Xidmətlər Konqresi”i keçiriləcək. Energetika naziri Pərviz Şahbazov da tədbirdə iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfər edib. Səfər Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazroueinin dəvəti ilə baş tutub.

Bu barədə bayraqdar.info-ya Energetika Nazirliyindən mılumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nazirinKonqresin Strateji Konfransındapanel müzakirələrində çıxışı, enerji və su təchizatının idarə edilməsi, bu sahələrdə innovativ məhsullar və yeni texnologiyaları nümayiş etdirən müxtəlif sərgilərdəiştirakı, həmçinin bir sıra görüşləri nəzərdə tutulur: “Qeyd edək ki, Abu-Dabinin vəliəhdi, Şeyx Məhəmməd bin Zayed Əl Nahyanınhimayəsi altında keçirilən “Ümumdünya Kommunal Xidmətlər Konqresi”ndə 50-dən çox ölkədən 14 energetika nazirinin, aparıcı enerji və su təchizatı müəssisələrini təmsil edən 70-dən çox sənaye rəhbərinin və 1000-dən çox nümayəndənin iştirakı gözlənilir”.

O da vurğulanır ki, “Ümumdünya Kommunal Xidmətlər Konqresi”qlobal enerji və kommunal xidmətlər sənayesinə dair fikir və strategiyalar mübadiləsi aparmağa imkan yaradan bir platformadır.

Mission News Theme by Compete Themes.