Press "Enter" to skip to content

Vitse-prezident səfiri qəbul edib

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay

Son yeniləmə: 7 May 2022 09:06

Bayraqdar.info – Mayın 6-da Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin Vitse-prezidenti Fuat Oktay tərəfindən qəbul edilib.

Bu barədə bayraqdar.info-ya Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki qardaş ölkə arasında ticarət, iqtisadi, texnologiyalar, müdafiə və səhiyyə sahələrində əlaqələr və əməkdaşlığın perspektivləri müzakirə olunub.

“Qardaşlıq münasibətlərinin inkişaf dinamikasından məmnunluğunu ifadə edən səfir Rəşad Məmmədov Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın və Azərbaycan-Türkiyə Qarışıq Komissiyasının fəaliyyətlərinin daha da genişləndirilməsinin, eləcə də birgə işçi qruplar vasitəsilə qurumlararasi əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulamışdır”, – deyə məlumatda əlavə olunub.

O da vurğulanıb ki, Vitse-prezidenti F.Oktay “Bir millət, iki dövlət” ifadəsinin sözdə deyil, həyat gerçəyi olduğunu xatırladıb. O, diqqətə çatdırıb ki, Şuşa Bəyannaməsi çərçivəsində başda müdafiə məsələlərin əməkdaşlıq olmaqla iki ölkə arasındakı münasibətlər bütün sahələr üzrə inkişaf dinamikası ilə irəliyə doğru hərəkət edir.

Mission News Theme by Compete Themes.