Press "Enter" to skip to content

Vergi daxilolmaları 55 faizdən çox artıb

Son yeniləmə: 7 May 2022 20:10

Bayraqdar.info – 2022-ci ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5 milyard 35,4 milyon manat vergi daxil olub. Bununla da proqnoza 150,5 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 55,2 faiz və ya 1 milyard 791,5 milyon manat artıb.

Bu barədə bayraqdar.info-ya mayın 7-də Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 430,2 milyon manat olub, proqnoza 133,5 faiz əməl edilib: “Dövlət büdcəsinə proqnozdan əlavə 860,6 milyon manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 49,7 faiz və ya 1 milyard 139,5 milyon manat artıb”.

O da qeyd edilib ki, regionlar üzrə daxilolmalar 391 milyon manat olmaqla, proqnoz 112,9 faiz icra edilib: “Ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 23,8 faiz artıb. Ödənilən vergilərin 68,1 faizi qeyri-neft-qaz sektorunun, 31,9 faizi isə neft-qaz sektorunun payına düşüb”.

Mission News Theme by Compete Themes.