Son yeniləmə: 7 May 2022 09:29
Bayraqdar.info – ADA Universitetində “İstedadlarla karyera yolları arasında körpü” devizi altında 10-cu Karyera Sərgisi keçirilib. Sərgidə dövlət qurumları və şirkətlər təmsil olunub.
Tədbirdə ADA Universitetinin 1500-ə yaxın tələbə və məzunu həmin qurumlar və onların təqdim etdiyi iş imkanları barədə məlumatlandırılıblar.
Karyera Sərgisində İqtisadiyyat Nazirliyi də təmsil olunub.
Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, sərgi iştirakçılarına Nazirliyin və strukturlarının fəaliyyət istiqamətləri, könüllü və təcrübə proqramları, işə qəbul qaydaları barədə məlumat verilib, suallar cavablandılıb.