Press "Enter" to skip to content

Hökumət qurmaq səlahiyyəti millət vəkillərindən birinə veriləcək

KKTC Cümhurbasqanlığı

Son yeniləmə: 7 May 2022 20:17

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində yeni hökumət qurulması istiqamətində arayışlar davam edir. Cümhurbaşqanı Ersin Tatar mayın 5-də və 6-da parlamentdə təmsil olunan partiyaların təmsilçiləri ilə görüşüb.

KKTC-də yeni hökumət arayışları davam edir

Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.

Qeyd edək ki, CTP və HP-nin yenidən növbədənkənar parılament seçkilərinin keçirilməsinə yönəlik təklifləri E.Tatar tərəfindən müsbət qarşılanmayıb. Bu barədə KKTC mediasına açıqlama verən Cümhurbaşqanı indiki halda hər hansı bir seçkinin zaman itirilməsinə səbəb olacağını deyib.

Faiz Sucuoğlu bacarmadı

Eyni zamanda bəlli olub ki, Cümhurbaşqanı mayın 9-da yeni hökumətin qurulması səlahiyyətini UBP-dən bir millət vəkilinə verəcək. Həmin millət vəkilinin kimliyini isə partiyanın orqanları mayın 9-na kimi müəyyən etməlidir.

KKTC-də də siyasi islahatların vaxtı çatıb

Bundan sonra həmin millət vəkili partiyalarla görüşüb yeni hökuməti qurmalıdır. Bu arada yeni hökumətin də məhz UBP-DP-YDP formulu ilə qurula biləcəyina dair fikirlər səsləndirilib. Çünki istər HP, istərsə də CTP yeni hökumətdə ancaq növbədənkənar seçkilərə gedilməsi halda girə biləcəklərini işarə ediblər.

Mission News Theme by Compete Themes.