Son yeniləmə: 7 May 2022 19:28
Bayraqdar.info – Ermənistan tərəfi növbəti dəfə yalan məlumatlar yayıb. Öz növbəsində Azərbaycannın Müdafiə Nazirliyi dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində ordumuzun bölmələrinin guya erməni mülki işçilərə atəş açması barədə Ermənistan mətbuatında yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin bununla bağlı yaydığı açılqmada deyilir: “Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır. Bu xəbəri qəti surətdə təkzib edirik”.