Press "Enter" to skip to content

Energetika Nazirliyi ağacəkmə aksiyası keçirib

Nazir Pərviz Şahbazov ağacəkmə aksiyasında

Son yeniləmə: 7 May 2022 19:37

Bayraqdar.info – Mayın 7-də Energetika Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Qobustan Hibrid Elektrik Stansiyasının ərazisində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuşnövbəti ağacəkmə aksiyası keçirilib.

Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, təbiətin qorunması, ətraf mühitin mühafizəsi, sağlamlaşdırılması vəyaşıllıqların salınmasına ictimai diqqətin yönəldilməsi və məlumatlılığın artırılması məqsədilə təşkil edilmiş aksiyada nazirliyin aparatının və tabeli qurumların əməkdaşları iştirak ediblər: “Aksiya zamanı Qobustan Hibrid Elektrik Stansiyasının ərazisində müxtəlif növ ağaclar əkilib, abadlıq işləri aparılıb və ətraf ərazitullantılardan təmizlənib”.

Məlumatda o da qeyd edilib ki, Ulu öndər Heydər Əliyev hər zaman ətraf mühitin qorunması və ekoloji vəziyyətin sağlamlaşdırılması işinə böyük önəm verib: “Ümummilli lider tərəfindən əsası qoyulan ekoloji siyasət,cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etməkənənələri uğurla davam etməkdədir. Bü gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılmasının təmin olunması istiqamətində silsilə tədbirlər həyata keçirilir. Dövlət başçısının 2 fevral 2021-ci il tarixli sərəncamı ilə “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” sosial-iqtisadi inkişafa dair milli prioritetlərimizdən biri kimi müəyyənləşdirilib”.

Mission News Theme by Compete Themes.