Son yeniləmə: 7 May 2022 11:25
Bayraqdar.info – Milli Məclisin deputatı, ATƏT PA-da parlament nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev qurumun bir sıra üzv ölkələrinə səfər edəcək.
Bu barədə bayraqdar.info-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, deputat ATƏT Parlament Assambleyasının Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi qismində mayın 8-dən 10-dək Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində, 10-11 may tarixlərində Albaniyanın paytaxtı Tiranada, mayın 11-dən 13-nə kimi Monteneqronun paytaxtı Podqoritsada olacaq: “Səfər çərçivəsində bu ölkələrin dövlət rəsmiləri ilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub”.
Qeyd edilib ki, səfər zamanı ölkələrin hazırki vəziyyəti təhlil ediləcək, regionda mövcud durumun qiymətləndirilməsi aparılacaq.