Son yeniləmə: 7 May 2022 11:12
Bayraqdar.info – Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (İFAD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Çoxtərəfli əməkdaşlıq Ofisinin direktoru Bernard Hien Azərbaycanda işgüzar səfər edib. Səfər çərçivəsində qonaq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
Bu barədə bayraqdar.info-ya Ekologiya və Təbii Sərvətlər Naizrliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə “Yaşıl Kənd Təsərrüfatı”nın ölkədə tətbiqi, iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirləri, bu sahədə görülmüş işlər müzakirə olunub: “Həmçinin aqrar sektorda su itkisinin qarşısının alınması və gələcəkdə suya tələbatın ödənilməsində rəqəmsal kənd təsərrüfatına keçidin mühüm rolu ilə bağlı fikir mübadiləsi aparılıb”.