Press "Enter" to skip to content

Şəhid uşaqlarının Heydər Əliyev Mərkəzinə ekskursiyası

Şəhid uşaqları Heydər Əliyev Mərkəzində

Son yeniləmə: 6 May 2022 11:15

Bayraqdar.info – Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar bir qrup şəhid uşağının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Ekskursiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən təşkil edilib.

Bu barədə bayraqdar.info-ya mayın 6-da ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, uşaqlar Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış edilib.

Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaq imkanı yaradan eksursiya çərçivəsində uşaqlar Mərkəzdə Azərbaycanın qədim tarixə, mədəniyyətə malik olduğunu əks etdirən sərgi ilə də tanış olublar.

Mission News Theme by Compete Themes.