Son yeniləmə: 6 May 2022 13:00
Bayraqdar.info – Rusiya Ukraynanın şərqində rusiyapərəst separatçıların nəzarəti altında olan Luqansk və Donetsk ilə yanaşı martın 15-dən mühasirədə olan Xersonu da ilhaq edəcək. Bunu Amerika tərəfi iddia edib. İddiaya görə, Rusiya saxta referendumlar keçirməklə bu bölgələrdə Moskvaya bağlı “kukla idarəçiləri” hakimiyyətə gətirəcək.
Kırım Haber Ajansı xəbər verir ki, bu iddia ilə ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter çıxış edib. Amerikalı diplomat bildirib ki, Ukraynanın şərqindəki Donetsk və Luqanskdan başqa, cənubdakı Xerson da Rusiyaya birləşdiriləcək.
Rusiyanın saxta referendumlar keçirərək bu bölgələrdə “kukla hökumətlər” quracağını vurğulayan Maykl Karpenter, Moskvanın nəzarətində olacaq marionet liderlərin bu bölgələri ələ keçirərək Ukraynaya nəzarət etməyə çalışacaqlarını qeyd edib.