Press "Enter" to skip to content

Pərviz Şahbazov Bolqarıstanın Baş naziri ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Bolqarıstanın Baş naziri Kiril Petkov ilə

Son yeniləmə: 6 May 2022 16:49

Bayraqdar.info – Energetika naziri Pərviz Şahbazov paytaxt Sofiya şəhərində Bolqarıstanın Baş naziri Kiril Petkovilə görüşüb. Görüşdə iki ölkə arasında Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib.

Bu barədə bayraqdar.info-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, energetika naziri regional və qlobal enerji təchizatının təmin olunmasında Cənub Qaz Dəhlizi kimi iri infrastruktur layihələrin əhəmiyyətinə diqqət çəkib. P.Şahbazov ölkəmizin bundan sonra da bu istiqamətdə səylərini davam etdirməyə hazır olduğunu bildirib.

Cənub Qaz Dəhlizinin genişləndirilməsiüçün zəruri addımlar haqqında danışan nazir, Azərbaycan təbii qazının növbəti onilliklərdədiversifikasiya və enerji keçidi prosesinə verəcəyi töhfələri qeyd edib.

Baş nazir K.Petkov isə Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan və TAP boru kəmərinə qoşulacaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) layihəsinin icrası barədə danışıb. O, boru kəmərinin kommersiya istismarına hazır olması üçün lazimi addımların atıldığını bildirib.

Mission News Theme by Compete Themes.