Press "Enter" to skip to content

Mustafa Kemal Beyazbayram vida görüşlərinə başlayıb –ÖZƏL

Mustafa Kemal Beyazbayram

Son yeniləmə: 6 May 2022 09:51

Bayraqdar.info – Mart ayında imzalanan qərarla Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) xaricdəki bəzi təmsilçilərinin dəyişdiyini xəbər vermişdik. Həmin qərarın Azərbaycanla da bağlılığının oldğunu qeyd etmişdik.

KKTC Bakı nümayəndəliyinin rəhbərlyində dəyişiklik olacaq – ÖZƏL

Çünki dəyişikliklər qərarına əsasən KKTC Xarici İşlər Nazirliyinin xarici işlər dairəsi genel müdiri Ufuk Turganer KKTC-nin Bakıdakı təmsilçiliyinin rəhbəri təyin edilib. Xəbəri dəqiqləşdirmək üçün Ufuk xanımla əlaqə saxladıqda o, xəbərin doğru olduğunu demişdi. U.Turganer qərarın 1 avqust 2022-ci il tarixindən qüvvəyə minəcəyini də əlavə etmişdi. Yəni yuxarıda bəhs edilən qərara əsasən vəzifə dəyişikliklərinin hamısı avqustun 1-də reallaşacaq.

Beləliklə, anlaşılan odur ki, avqustun 1-də U.Turganer KKTC-nin Bakıdakı təmsilçiliyinin rəhbəri postunda hazırda bu vəzifədə olan Mustafa Kemal Beyazbayramı əvəz edəcək. Bəs, M.K.Beyazbayram bundan sonra hansı sahədə çalışacaq?

Kuzey Kıbrıs Azərbaycana yeni təmsilçi təyin edib. Tanıtma

Bununla bağlı əldə etdiyimiz məlumata görə, M.K.Beyazbayrama mərkəzdə, yəni KKTC Xarici İşlər Nazirliyində vəzifə veriləcək. Avqustun 1-dən etibarən o, həmin vəzifədə fəaliyyətə başlayacaq.

Yeri gəlmışkən, M.K.Beyazbayram artıq dönüşlə bağlı vida görüşlərinə başlayıb. Belə görüşlərdən biri TÜİB-də baş tutub. KKTC-nin Bakıdakı nümayəndəliyindən də bu xəbəri təsdiqləyiblər.

Onu da qeyd edək ki, yaxın günlərdə digər qurumlarda da bu cür vida görüşlərinin olacağı gözlənilir.

Mission News Theme by Compete Themes.